ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton İranın ölkə daxilində və xaricində Amerika vətəndaşlarına qarşı sui-qəsd planları hazırladığını və Tehrandan qaynaqlanan təhlükənin ciddi şəkildə artdığını bildirib.
Denmedia.az xəbər verir ki, Kleyton bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
“11 sentyabrdan 25 il sonra: Ölkə üçün qlobal təhdidlər” mövzusunda təşkil olunan dinləmələrdə ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallin və Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Kristofer Raya da iştirak ediblər.
Kleyton İranın ABŞ ərazisində və ölkə hüdudlarından kənarda amerikalılara qarşı ölümcül hücumlar planlaşdırdığına dair təhlükənin artdığını vurğulayıb.
Bununla belə, kəşfiyyat rəhbəri mümkün təhdidlərin konkret xarakteri barədə ətraflı məlumat verməyib. O, ABŞ kəşfiyyatının fəaliyyəti və əldə olunan məlumatların detalları haqqında danışmaqdan çəkinib.

