Noyabrın 20-də Bakıda Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası istiqamətindəki yan yolunda nəqliyyatın hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət kommunikasiya xətlərinin baxış quyularında aparılacaq təmir işləri ilə əlaqədardır.
Agentlik sürücülərə həmin ərazidən keçərkən diqqətli olmağı, yol nişanlarının tələblərinə əməl etməyi və müvəqqəti narahatlığa anlayışla yanaşmağı tövsiyə edib.

