Fərdi jurnalist müsabiqələrində jurnalistlərin sosial şəbəkələrdə paylaşdıqları materialların auditoriya tərəfindən nə qədər maraqla qarşılandığı da qiymətləndiriləcək.
Denmedia.az xəbər verir ki, bu, Media və Yayım Şurasının yeni qaydalarında öz əksini tapıb.
Yeni qaydalara əsasən, jurnalistlərin müsabiqəyə təqdim etdikləri materialları şəxsi “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” hesablarında paylaşmaları da qiymətləndirmə zamanı nəzərə alınacaq.
Paylaşımların topladığı bəyənmə, şərh, təkrar paylaşım və yadda saxlama sayları hesablanaraq ümumi qarşılıqlı əlaqə göstəricisi müəyyən ediləcək.
Bununla yanaşı, süni yollarla artırılmış izləyici sayı və qarşılıqlı əlaqə göstəriciləri qiymətləndirmədə nəzərə alınmayacaq.

