Sumqayıt şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılması, keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması istiqamətində mühüm layihələr icra olunur.
Bu dəfə edilən yenilik şəhid ailələri üçün nəzərdə tutulub. 12 A saylı marşurut avtobusun hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə “Denaztv”-yə Sumqayıt Nəqliyyat-1 MMC-dən məlumat verilib.
Belə ki, 12 A saylı marşurut avtobusu şəhid ailələrini nəzərə almaqla Sülh prospekti, Səməd Vurğun və Cəlil Məmmədquluzadə küçəsindən keçməklə Bulvar küçəsi istiqamətində hərəkət edir. Bu da şəhid ailələrinin Abşeron rayonun Şəfəq qəsəbəsindən eləcədə Stansiya Sumqayıtdan şəhidlər xiyabanına rahat ziyarətə gəlmələri üçün nəzərdə tutulub. Bu addım sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, 12 A saylı marşurut avtobusu eyni sxem üzrə əks istiqamətdə də hərəkət edir.