Sumqayıt şəhər Məmməd Səid Ordubadi küçəsinin sakinləri iddia edirlər ki, onlar üçün bir xəttə yalnız iki avtobus ayrılıb ki, o da 1 saatdan bir işləyir və tam axıra qədər getmir. Aidiyyatı qurumlar isə problemin həlli üçün çalışacaqlarını deyir.
Bu barədə Den.az ərazidə yaşayan sakinlər xəbər verib.
Sakinlər deyir ki, Sumqayıt şəhər bağlar yaşayış massivində ciddi marşururt böhranı yaşanır. Yolun bərbad halda olması isə bu xəttə işləyən 16-19 saylı marşurutun işini dahada ağırlaşdırıb. Əvvəl hərəkət sxemi ilə hərəkət edirdilərsə, yağış yağan kimi sakinləri tam axıra qədər aparmaqdan imtina edirlər.
Ərazidə yaşayan və bu marşurutdan istifadə edənlər bildiriblər ki, mövcud məsələ ilə bağlı dəfələrlə aidyyatı qurumlara məlumat verilib. Onuda bildiriblər ki, 16-19 saylı marşurut həm standartlara cavab vermir, həmdə intervalları sakinləri qane etmir.
Azərbaycan Yerüstü Nəqliyyat Agetliyindən (AYNA) bildirilib ki, vətəndaşların problemlərindən xəbərləri var. Ancaq 16-19 saylı avtobusların sona qədər işləməməsi yolun təmirsiz olması ilə əlaqəlidir. Əgər M.S.Ordubadi küçəsi tam sona qədər abadlaşarsa, marşurut öz fəaliyyətini bu hərəkət sxemi ilə qura bilər.
Əraziyə cavabdeh Sumqayıt şəhər Bələdiyyəsindən isə bildirildi ki, yolun təmiri və asvaltlanması 2024-cü ilin birinci rübündə tədbirlər planına salınıb. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, sakinlər verilən vədə inanaraq hələ bir neçə ay gözləməli olacaq.
Sumqayıtda 3 mindən çox əhalinin yaşadığı ərazidə marşurut böhranı yaşanır-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.