Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Abşeron rayonunda, Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Gəncə şəhərində daha 100 mənzil verilib.
Nazirlikdən Den.az-a verilən xəbərə görə, Gəncədə mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.
Qeyd olunub ki, bu gün Bakı və Gəncə şəhərlərində, Abşeron rayonunda təqdim edilən 100 mənzil də daxil olmaqla bu il 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.
Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən çox avtomobil verilib.
S.Tomuyev Gəncədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib.
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verildi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.