Azərbaycan dövləti üçün xalqın rifah halının və sosial şəraitinin yaxşılaşdırılması prioritet təşkil edir. Bunun bariz nümunəsini Abşeron rayon Fatmayı kəndində görmək mümkündür. Bir müddət əvvələ qədər köhnə və komfortsuz avtobuslarla mənzil başına çatmağa çalışan kənd sakinləri indi ekspress nəqliyyat vasitələrinin verdiyi zövqün dadını çıxarırlar.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı, Sumqayıt və Xırdalan kimi iri şəhərlər üçün nəzərdə tutulan komfortlu, geniş və səliqəli ekspress avtobusların məhz Fatmayı kəndində də vətəndaşların istifadəsinə verilməsi Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutub.
Müasir tipli dayanacaqlar, avtobusların ərazidə hərəkət etdiyini göstərən nişanlar, bir sözlə vətəndaşların komfortu üçün lazım olan bütün infrastruktur məhz Fatmayı kəndində mövcuddur. Təbii ki, bu işlərin həyata keçirilməsində Fatmayı Bələdiyyəsinin rolu da danılmazdır. Görülən işlərin nəticəsidir ki, kənd sakinləri öz razılıqlarını ürəklə dilə gətirirlər.
Təbii ki, ölkədə nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində bir çox işlər görülür. Köhnə avtobus parklarının yenilənməsi, sakinlərin rahat, təhlükəsiz və komfortlu avtobuslarla mənzil başına çatmasının təmin olunması aidiyyatı qurumlar üçün prioritet təşkil edir. Abşeron Rayonu Fatmayı kəndində görülən işləri də bu istiqamətdə atılan addımların tərkib hissəsi kimi dəyərləndirmək mümkündür.
Nəqliyyat sistemi yenilənən Fatmayı kəndindən REPORTAJ: Sakinlər nə deyir? - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.