Bakının “Ağ şəhər” ərazisində ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən Xətai Rayon Polis İdarəsi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında araşdırma aparılır. İki nəfər şübhəli şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib, hadisə üzrə zəruri ekspertizalar təyin olunub.

