Bakı Apellyasiya Məhkəməsi Fransa lehinə casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirli bilinən Azad Məmmədli barəsində çıxarılan hökmləri dəyişdirmədən qüvvədə saxlayıb.
Məhkəmə hakim Murad Məmmədovun sədrliyi ilə müdafiə tərəfinin apellyasiya şikayətlərinə baxıb və onların təmin olunmaması barədə qərar qəbul edib.
Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaq edilmiş cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb.
Birinci instansiya məhkəməsinin qərarına əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

