Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, direktor müavini vəzifəsi Cəbi Quliyevə həvalə edilib.
Qeyd edək ki, Cəbi Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb. O, həmçinin 2020–2024-cü illərdə 7 saylı Ordubad–Culfa seçki dairəsi üzrə Milli Məclisin deputatı olub.

