Göyçay rayonunda vəzifəli şəxsi zəhərli ilan sancıb.
Hadisə oktyabrın 24-də baş verib. Rayonun Qara Bağban kəndi üzrə icra nümayəndəsinin müavini, 1986-cı il təvəllüdlü Hüseyn Hüseynov ilan sancması nəticəsində xəsarət alıb.
Zərərçəkən saat 17:00 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
TƏBİB-in məlumatına görə, müayinə zamanı kişinin sağ bilək nahiyəsində zəhərli ilan sancmasına xas iki nöqtəvari yara aşkarlanıb.
Hüseyn Hüseynova ilan zəhərinə qarşı zərdab vurulub. Daha sonra o, ixtisaslaşdırılmış tibbi yardım almaq üçün Bakıda yerləşən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.
Hazırda müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

