Malayziyanın Lumut şəhərində helikopter qəzası baş verib.
Den.az xarici mediaya istinadən bildirir ki, ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi ilə bağlı hava paradından əvvəl təlim uçuşu zamanı iki helikopter toqquşub. Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidmətinin məlumatına görə, hər iki hava gəmisində olan 10 ekipaj üzvü həyatını itirib.
Yerli mediada yayılmış görüntülərə əsasən, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.
Həmin görüntünü təqdim edirik:
Helikopterlər toqquşdu, 10 nəfər öldü - ANBAAN VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.