Çilidə 5,7 bal gücündə zəlzələ baş verib.
Den.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 143 min nəfərin yaşadığı Kalama şəhərindən 158 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 126 km dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.