İndoneziyada rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.
Den.az xəbər verir ki, bu barədə İndoneziya hökumətinin Meteorologiya, İqlim və Geofizika Agentliyi məlumat verib. Bildirilib ki, zəlzələ Benqkulu şəhərindən 43 kilometr cənub-qərbdə yerin 68 kilometr dərinlikdə baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. Benqkulunun mərkəzində 100-dən çox evin və 6 ictimai obyektin zərərə məruz qaldığı, şəhərin mərkəzində 8 evin dağıldığı bildirib.