İstefaya gedən Fransa baş naziri Sebastyen Lekornu bildirib ki, prezident Emmanuel Makron yaxın iki gün ərzində yeni hökumət rəhbərinin namizədliyini irəli sürə bilər.
“Prezidentə dedim ki, parlamentin buraxılması ehtimalı azalır və mənim fikrimcə, vəziyyət yaxın 48 saat ərzində baş nazirin təyin olunmasına imkan verir,” — deyə Lekornu France 2 telekanalına açıqlamasında bildirib.
Siyasətçi əlavə edib ki, böhrandan çıxış mümkündür, lakin bu proses asan olmayacaq.
“Siyasi böhrandan çıxış mümkündür, amma çətin olacaq. Əksər deputatlar növbədənkənar parlament seçkilərinə qarşıdır və bu mövqe yeni baş nazirin təyinində nəzərə alınacaq,” — deyə o qeyd edib.