Polşa aviasiyası öz hava məkanında əməliyyata başlayıb — bu qərar Rusiyanın Ukraynaya qarşı aero-ballistik raket hücumları ilə bağlıdır.
DenMedia.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sosial şəbəkə X-də məlumat yayıb.
“Rusiya Federasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə hücumu ilə əlaqədar olaraq, Polşa və müttəfiq hava qüvvələri bizim hava məkanımızda əməliyyatlara başlayıblar,” — deyə bəyanatda bildirilib.
Mövcud prosedurlara uyğun olaraq, Operativ Komandanlıq bütün mövcud qüvvə və resurslarını aktivləşdirib.
Havaya döyüş təyyarələri və erkən radiolokasiya aşkarlama təyyarəsi qaldırılıb, hava hücumundan müdafiə və radiolokasiya sistemləri isə yüksək döyüş hazırlığı rejiminə keçirilib.
Komandanlıq qeyd edib ki, bu əməliyyatlar profilaktik xarakter daşıyır və hava məkanının təhlükəsizliyini və müdafiəsini təmin etməyə yönəlib, xüsusilə də təhlükə altında olan bölgələrə bitişik ərazilərdə.

