NDTV-nin verdiyi məlumata görə, Hindistanda Rikhi Ram adlı kişi qəza nəticəsində yaddaşını itirib və qəzadan 45 il sonra yaddaşını bərpa edib. O, doğma kəndini və qohumlarını tapmağı bacarıb.
1980-ci ildə cəmi 16 yaşında olan Ram iş tapmaq üçün Nadidəki kəndini tərk edərək Yamunanagara yollanmışdı. Az sonra isə həyatını dəyişən qəza baş verdi — o, ağır xəsarət aldı və tamamilə yaddaşsız qaldı. O dövrdə sürətli əlaqə vasitələri olmadığından yaxınları onun taleyindən xəbərsiz qaldı.
Ram yeni həyata başlamağa məcbur oldu: ona Ravi Çodxari adı verildi, Mumbaya köçdü, kollecə daxil oldu, 1994-cü ildə evləndi və üç övladı oldu. Yaddaşsız keçən illər artıq narahatlıq yaratmırdı… ta ki 2025-ci ildə o, yenidən qəza keçirənə qədər.
Hadisədən bir neçə ay sonra qəribə yuxular başladı: manqo ağacları, yellənçəklər, dağ cığırları… Bu təkrarlanan təsvirlər Ramı və həyat yoldaşını düşündürdü. İnternetdə axtarışlar aparıldıqdan sonra məlum oldu ki, bu görüntülər onun doğma kəndinə uyğundur. Beləcə, Ram 45 ildən sonra ailəsinə qovuşdu.

