Türkiyədə FETÖ-yə qarşı 36 vilayətdə həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində Silahlı Qüvvələrin 56 üzvü saxlanılıb.
“Den.az” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ümumilikdə 63 hərbçi haqqında həbs qərarının çıxarıldığı deyilir.
İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Türkiyə SQ-nin tərkibindəki gizli FETÖ strukturu geniş bir şəbəkə yaradıb. Həbslər İstanbul, Ankara, Bursa, Ərzurum və digər şəhərlərdə həyata keçirilib.