Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Denmedia.az xəbər verir ki, bu barədə onun qızı Kəmalə Həşimova məlumat verib:
“Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var”.

