İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-da keçirilən Konqresə aralıq seçkilərin nəticələrini İranla müharibənin davam etdirilməsinə etiraz kimi qiymətləndirib.
O, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Qalibafın sözlərinə görə, amerikalı seçicilərin böyük hissəsi respublikaçılara qarşı səs verməklə İranla müharibənin davam etdirilməsini istəmədiklərini göstəriblər.
“Amerikalılar müharibəyə ‘yox’ dedilər və biz bu mesajı dəstəkləyirik”, – deyə İran parlamentinin sədri bildirib.
Qalibaf ABŞ hökumətinə xəbərdarlıq da edib:
“İstər vicdan məsələsi olsun, istərsə də həyatın dəyəri – amerikalılar müharibəyə ‘yox’ dedilər. Əgər ABŞ hökuməti beynəlxalq maliyyəçilərə və şantajçılara xidmət etmək naminə cəmiyyətin iradəsinə xəyanət etsə, bizim ‘yox’umuzun kabusa çevriləcəyini anlayacaq”.

