Azərbaycan Dövlət Dəniz və Liman Nəqliyyatı Agentliyinin Gəmilərin Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzər dənizində gözlənilən güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edib.
Qurumdan verilən məlumata görə, bu gün Xəzər dənizinin akvatoriyasında müşahidə olunmağa başlayacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhər saatlarınadək davam edəcək.
Küləyin sürətinin saniyədə 18–23 metrə, arabir 25–28 metrə, açıq dənizdə isə 30 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Dalğaların hündürlüyünün 2–3 metrə, küləyin daha da güclənəcəyi təqdirdə isə 3–5 metrə çatacağı gözlənilir.

