Bu gün Şəki rayonunun Şorsu kəndində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
Bu barədə Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, fasilə ərazidə aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədardır.
Saat 10:00-dan etibarən kənddə qaz təchizatı məhdudlaşdırılacaq.
Təbii qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.

