Almaniyanın Bavariya əyalətinin iqtisadiyyat naziri və “Azad Seçicilər” partiyasının rəhbəri Hubert Ayvangerin ölümü ilə bağlı yeni məlumatlar yayılıb.
“Der Tagesspiegel” nəşrinin mənbələrinə görə, siyasətçinin ölümündə ilkin araşdırma zamanı cinayət əlamətləri aşkarlanmayıb.
Mənbələr hadisənin Ayvangerin səhhəti ilə bağlı ola biləcəyini ehtimal edirlər. Hazırda onun ölümünün dəqiq səbəbi müəyyən edilməyib.
Məlumata görə, siyasətçinin çərşənbə günü səhər saatlarında müsahibəsi planlaşdırılsa da, özünü pis hiss etdiyi üçün görüşü ləğv edib.
Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

