ABŞ-ın Florida ştatında keçirilən qubernator seçkilərində Respublikaçılar Partiyasının namizədi Bayron Donalds qalib gəlib.
Associated Press-in proqnozuna əsasən, Donalds Demokratlar Partiyasının namizədi Devid Collini geridə qoyaraq Florida tarixində ilk qaradərili qubernator seçilib.
O, həmçinin ABŞ tarixində seçki yolu ilə qubernator vəzifəsinə gələn ilk qaradərili respublikaçı kimi tarixə düşüb.
ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Donaldsın qələbəsi ilə respublikaçıların Floridada 30 ildən artıq davam edən qubernatorluq üstünlüyü qorunub.
Donalds vəzifə müddəti başa çatan respublikaçı Ron DeSantisi əvəz edəcək.

