Ermənistanda “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyanın və parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılır.
Bu barədə partiyanın mətbuat katibi Aqavni Sukiasyan sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan İstintaq Komitəsinin əməkdaşları səhər saatlarından etibarən hər iki siyasətçinin yaşadığı mənzillərdə axtarışlara başlayıblar.
Axtarışlar Karapetyanlarla əlaqəli digər ünvanlarda da keçirilir.
İstintaq tədbirlərinin hansı səbəbdən aparıldığı hələlik açıqlanmayıb.

