Tailandda Buddist məbədində yerləşən stupanın yuxarı hissəsi qəfil uçub.
Bu barədə “Khaosod” nəşri Facebook səhifəsində məlumat yayıb.
Hadisə noyabrın 3-də səhər saatlarında ölkənin Çianqmay əyalətində yerləşən Vat May Nonq Hoy məbədində baş verib.
Məlumata görə, dini tikilinin yuxarı hissəsi qəfil çöküb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırmağa başlayıblar.

