Noyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı ərazilərində yağıntıların qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Səhər saatlarından etibarən yağış tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9–12, gündüz 13–15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65–75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli, leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə yağıntının qara keçəcəyi ehtimal olunur.
Gecə saatlarında yağıntıların bir qədər güclənəcəyi, bəzi yerlərdə arabir duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 8–13, gündüz 14–18 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 4–8 dərəcə isti olacaq.

