Kanadanın qərbində qrizli ayısının ehtimal olunan hücumu nəticəsində bir qadın həyatını itirib, onun 19 yaşlı qızı isə itkin düşüb.
“The Guardian” nəşrinin məlumatına görə, hadisə Britaniya Kolumbiyası əyalətinin Bella-Kula yaşayış məntəqəsi yaxınlığında baş verib.
Əyalətin Təbiəti Mühafizə Xidməti ana və qızın axtarışına başlanıldığını açıqlayıb.
Axtarış tədbirləri zamanı qadının meyiti aşkar edilib. Hazırda xilasedicilər 19 yaşlı qızın tapılması üçün əməliyyatı davam etdirirlər.
Hadisənin qrizli ayısının hücumu nəticəsində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, ötən il eyni ərazidə qrizli ayısı məktəblilərdən ibarət qrupa hücum etmişdi. Həmin hadisə zamanı uşaqlar da daxil olmaqla 11 nəfər xəsarət almışdı.
Hazırda itkin düşən gənc qızın axtarışları davam edir.

