Türkiyəli məşhur aktyor Burak Özçivitin baş rolunu canlandırdığı “Güneşin Doğduğu Yer” serialı tamaşaçıların sərt tənqidi ilə üzləşib.
Buna səbəb ekran işinin yeni bölümünün təqdimat videosunda qadına qarşı zorakılıq səhnəsinin yer alması olub.
Sözügedən görüntülər izləyicilər arasında etirazlara səbəb olub. Tamaşaçılar zorakılıq səhnəsinin serialın tanıtımında istifadə edilməsini tənqid ediblər.

Artan narazılıqdan sonra yaradıcı heyət fragmanda dəyişiklik etmək qərarına gəlib.
Qadına qarşı zorakılıq görüntüləri təqdimat videosundan çıxarılıb və yenilənmiş fragman tamaşaçılara təqdim olunub.

