Rusiya Silahlı Qüvvələri Donbasda Ukrayna ərazisində yerləşən NATO qüvvələrinə ağır zərbə endirib. Bu barədə Çin nəşri Baijiahao məlumat yayıb.
Məlumata görə, söhbət “könüllülər alyansı” adlandırılan qüvvələrdən gedir. Bildirilir ki, müasir silahlar, o cümlədən radioelektron mübarizə sistemləri belə onların məğlubiyyətinin qarşısını ala bilməyib.
“2025-ci ildən etibarən Rusiya Silahlı Qüvvələri 6,2 min kvadrat kilometr ərazini azad edib və problemsiz şəkildə NATO-nun 10 mindən çox könüllüsünü məhv edib”, — nəşrdə qeyd olunur.

