Avropa İttifaqı rusiyalı jurnalistlərə, teleaparıcılara və mədəniyyət xadimlərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə cümə axşamı dərc olunan Avropa İttifaqı direktivində qeyd olunur.
Sənəddə bildirilir ki, Rusiya uzun illərdir Aİ və onun üzv dövlətlərinə qarşı hibrid kampaniyalar aparır və bu “zərərli fəaliyyətlər Ukraynaya qarşı aqressiyanın başlanmasından sonra daha da kəskinləşib və yaxın gələcəkdə də davam edəcəyi ehtimal olunur”.
“Mövcud vəziyyətin ciddiliyini nəzərə alaraq” sanksiya siyahısına aşağıdakı Rusiya vətəndaşları əlavə edilib: jurnalist Dmitri Quberniyev, teleaparıcılar Yekaterina Andreyeva və Mariya Sittel, jurnalistlər Pavel Zarubin və Roman Çumakov, eləcə də balet artisti Sergey Polunin.

