ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında sərhədsiz dünya və milli maraqların qlobal qaydalarla əvəzlənməsi ideyasını “axmaq fikir” adlandırıb. Bu barədə Bloomberg məlumat yayıb. Onun sözlərinə görə, bu yanaşma Qərbə baha başa gəlib.
“Qaydalara əsaslanan bu nizamın milli maraqları əvəz edəcəyi, sərhədsiz dünyada yaşayacağımız və hər kəsin dünya vətəndaşı olacağı fikri insan təbiətini və bəşəriyyətin 5000 ildən artıq tarixinin dərslərini görməzlikdən gələn axmaq ideya idi və bu yanlışlıq bizə baha başa gəldi”, – deyə o bildirib.
Rubio əlavə edib ki, Vaşinqton və onun müttəfiqləri suverenliyin bir hissəsini beynəlxalq institutlara ötürüblər. Eyni zamanda, bir çox ölkələr müdafiə qabiliyyətini gücləndirmək əvəzinə sosial təminata üstünlük veriblər.

