ABŞ-ın sabiq dövlət katibi və keçmiş birinci xanımı Hillari Klinton hazırkı prezident Donald Tramp barədə sərt açıqlama verib.
O, sosial şəbəkədə paylaşım edərək Trampın “ağlını itirdiyini” bildirib və bu barədə açıq danışılmasının vacib olduğunu vurğulayıb.
“Tramp, görünür, tamamilə ağlını itirib və bunu müzakirə etmək lazımdır.”
Klinton bu fikirləri Yaxın Şərqdəki vəziyyəti şərh edərkən səsləndirib.

