ABŞ-ın sabiq prezidenti Bill Clinton və onun həyat yoldaşı Hillary Clinton maliyyəçi Jeffrey Epstein işi üzrə aparılan araşdırma çərçivəsində məsuliyyətə cəlb oluna bilərlər. Bu barədə Axios məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ Konqresinin Nəzarət və Hesabatlılıq Komitəsi Klintonlar cütlüyünün çağırış vərəqələri təqdim edildikdən sonra dindirilməyə gəlməməsinə və Konqresə hörmətsizlik göstərməsinə görə məsuliyyətə cəlb edilməsi lehinə səs verib.
Eyni zamanda qeyd olunur ki, komitə demokratların ABŞ-ın baş prokuroru Pam Bondinin Epstein işi üzrə materialların açıqlanmasının gecikdirilməsinə görə məsuliyyətə cəlb olunmasını nəzərdə tutan düzəlişini rədd edib.

