ABŞ-ın sabiq prezidenti Bill Klinton və ABŞ-ın sabiq dövlət katibi Hillary Klinton Jeffrey Epsteyn işi üzrə ifadə verməkdən imtina ediblər.
Bu barədə The New York Times (NYT) qəzeti yazır.
Açıq məktubda cütlük onların məhkəmədə ifadə verməsinin tələb olunmasını siyasi motivli təqib adlandırıb və bu tələbin “hüquqi baxımdan icraolunmaz” olduğunu bildirib. Məktub Respublikaçı konqresmen James Comerə ünvanlanıb. O, Klintonların üzbəüz dindirmələrə gəlməyəcəkləri təqdirdə onları məhkəməyə hörmətsizlikdə ittiham etməklə hədələmişdi.
“Biz əminik ki, Konqresdə və ya ondan kənarda olan istənilən sağlam düşüncəli insan, dərc etdiyimiz bütün materiallara əsaslanaraq, sizin düşmən saydıqlarınızı cəzalandırmağa, dost hesab etdiklərinizi isə qorumağa çalışdığınızı anlayacaq,” — deyə Klintonlar yazıblar.

