ABŞ-ın sabiq prezidenti Bill Clinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillary Clinton amerikalı maliyyəçi Jeffrey Epstein işi ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət komitəsinə ifadə verməyə razılıq veriblər.
Bu barədə Bill Klintonun mətbuat katibi Angel Urena X sosial şəbəkəsində məlumat yayıb.
“Onlar xoş niyyətlə danışıqlar apardılar. Siz isə yox. Onlar and altında bildikləri hər şeyi sizə çatdırıblar, amma bu sizi maraqlandırmır. Buna baxmayaraq, sabiq prezident və sabiq dövlət katibi gələcək və ifadə verəcək”, — deyə Urenya komitəyə müraciətində bildirib.
Qeyd edək ki, daha əvvəl Bill və Hillari Klinton cütlüyü Epşteyn işi üzrə ifadə verməkdən imtina etmişdi. Açıq məktubda onlar bu tələbin siyasi motivli təqib olduğunu və hüquqi baxımdan icraedilməz sayıldığını vurğulamışdılar.
Bundan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi Klintonların çağırış vərəqəsinə baxmayaraq dindirilməyə gəlməməsinə görə onlara qarşı hörmətsizlik maddəsi üzrə tədbir görülməsi barədə səsvermə keçirmişdi.

