Malidə silahlı qruplar bir neçə hərbi obyekti ələ keçirib — döyüşlər davam edir.
Qərb mediasının məlumatına görə, ölkə ordusu bildirib ki, silahlı “terrorçu” qruplaşmalar eyni vaxtda bir neçə hərbi obyektə hücum edib. Bu barədə France 24 xəbər yayıb.
Məlumata görə, paytaxt Bamakoda, o cümlədən beynəlxalq hava limanı yaxınlığında atışma səsləri eşidilib. Hadisələr həmçinin Kati, Qao və Sevare şəhərlərində də qeydə alınıb.
Bildirilir ki, toqquşmalar hələ də davam edir.
Qeyd edək ki, Mali artıq 10 ildən çoxdur ki, radikal silahlı qruplaşmalarla mübarizə aparır. 2012-ci ildə başlayan üsyan və sonrakı illərdə əldə olunan razılaşmalara baxmayaraq, ölkədə təhlükəsizlik vəziyyəti stabilləşməyib.
Son illərdə regionda gərginliyin artması Mali ilə yanaşı Burkina-Faso və Nigerdə də siyasi və hərbi böhranlara səbəb olub.

