ABŞ Prezidenti Donald Tramp məhkəmə qərarı səbəbindən 159 milyard dolların geri qaytarılacağını bildirib. Tramp sosial şəbəkədə yazıb ki, Ali Məhkəmənin əlavə idxal rüsumlarını qanunsuz sayması Ağ Evi böyük məbləği geri ödəməyə məcbur edir. Məlumata görə, 2025-ci ildə tətbiq edilən əlavə rüsumlar məhkəmə tərəfindən səlahiyyətlərin aşılması kimi qiymətləndirilib. Qərarda vurğulanıb ki, ticarət sahəsində belə qərarlar yalnız ABŞ Konqresi tərəfindən qəbul edilə bilər. Bu qərar nəticəsində şirkətlərə və vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması tələb olunur. Tramp isə bildirib ki, məhkəmə istəsəydi, artıq ödənilmiş vəsaitlərin geri qaytarılmaması ilə bağlı ayrıca qeyd edə bilərdi.
Tramp rüsumların ləğvi səbəbindən ABŞ-ın ödəyəcəyi məbləği açıqladı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

