Xankəndidə bu gündən şəhərdaxili avtobus marşrutları istifadəyə verilib.
Məlumata görə, marşrutlar üzrə 62 dayanacaq qurulub və müvafiq nişanlarla təchiz edilib.
Yeni xətlər şəhərin əsas nöqtələrini əhatə edir:
- 1 nömrəli marşrut — Qarabağ Universitetinin klinikasını Xankəndi tikiş fabriki ilə birləşdirir
- 2 nömrəli marşrut — Kərkicahan qəsəbəsindən dəmir yolu və avtovağzal kompleksinə qədər uzanır
- 3 nömrəli marşrut — Qarabağ Universitetinin klinikasını 1-ci dairə ilə əlaqələndirir
Sərnişin daşımaları BakuBus şirkətinin elektrobusları ilə həyata keçirilir.
İlkin mərhələdə xətlər üzrə 10 avtobus fəaliyyət göstərir, hərəkət intervalı isə 14–15 dəqiqədir.

