İtaliyada futbolçu pizza üstündə hücuma məruz qalıb.
Hadisə Paviya şəhərində baş verib. 25 yaşlı həvəskar futbolçu Qabriele Vakkaro dostları ilə gecə saatlarında avtomobilə tərəf gedərkən bir qrup yeniyetmə ilə qarşılaşıb.
Məlumata görə, beş nəfərlik qrup onlardan pizzanı tələb edib. Gənc imtina etdikdən sonra hücuma məruz qalıb.
Hücum edənlərdən biri tornavida ilə Vakkaronu boyun və qarın nahiyəsindən yaralayıb.
Futbolçunun dostlarından biri də xəsarət alsa da, onlar hadisə yerindən uzaqlaşa biliblər. Vakkaro əvvəlcə aldığı xəsarətlərin ciddiliyini anlamayıb və evə qayıdıb. Lakin vəziyyəti qəfil pisləşib, təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda yaralanan dostunun vəziyyəti stabildir. Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, digər şübhəlilərin axtarışı davam edir.
Qeyd edək ki, Vakkaro poçtda çalışırdı və uşaqlıqdan futbola maraq göstərirdi. O, “Atletiko Favara”, “Kasteltermini” və “Kamarat” klublarında çıxış edib.

