Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Samir Tağızadə bu il keçirilən buraxılış imtahanında yüksək nailiyyət əldə edərək maksimum 300 bal toplayıb.
Denmedia.az xəbər verir ki, gənc istedadın bu uğuru həm müəllimləri, həm də ailəsi tərəfindən böyük qürurla qarşılanıb.
Məktəb rəhbərliyi Nizami Əhmədov Samirin əldə etdiyi nəticəni onun zəhmətinin və məqsədyönlü fəaliyyətinin bariz nümunəsi kimi dəyərləndirib.
Qeyd edək ki, Samir Tağızadə təhsildəki uğurları ilə daha əvvəl də seçilib. O, 2025-ci ildə keçirilən “Əlaçı” telemüsabiqəsinin qalibi olub. Gələcək planlarından danışan Samir bildirib ki, əsas arzusu həkim olmaqdır. O, insanlara faydalı olmaq və cəmiyyətə xidmət etmək məqsədilə tibb sahəsində təhsil almağı qarşısına hədəf qoyub.
Samirin atası da elm sahəsində öz sözünü deyə şəxslərdəndir. O, övladının bu nəticəsini həyacan və sevinc hissi ilə qarşılayıb.
Samirin bu uğuru bir daha göstərir ki, məqsəd, zəhmət və əzmkarlıq bir araya gəldikdə böyük nəticələr əldə etmək mümkündür.
Ətraflı DenazTV-nin reportajında:

