Tailand–Kamboca sərhədində baş verən silahlı toqquşmalar zamanı həlak olan Tailand hərbçilərinin sayı 17-dən 19-a yüksəlib.
Bu barədə Tailand Quru Qoşunlarının İkinci Hərbi Dairəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ta Kvai bölgəsi və 350-ci yüksəklik ətrafında döyüşlər davam edir. 16 dekabr tarixində baş verən toqquşmalar nəticəsində daha iki Tailand hərbçisi həlak olub.

