Türkiyənin Qaziantep şəhərində İl Jandarma Komandanlığı və Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat zamanı Şehitkamil rayonunda xarici vətəndaş olan A.E. saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs qanunsuz qazıntılar aparıb və əldə etdiyi tarixi əşyaları satışa çıxarmaq üçün müştəri axtarır.
Əməliyyat zamanı onun üzərində və avtomobilində aparılan axtarışda diqqətçəkən tapıntılar aşkar edilib.
Belə ki, təxminən 2 metr uzunluğunda piton dərisindən hazırlanmış, üzərində ivrit dilində qızılı yazılar olan kitab, həmçinin həmin kitabın saxlanıldığı misdən hazırlanmış və naxışlarla bəzədilmiş qoruyucu qab müsadirə edilib.

Saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülür, araşdırma davam edir.

