Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əzimov Qüdrət Emin oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında dövlət standartları səviyyəsində yüksək bilik nümayiş etdirərək 292.7 bal toplamağa müvəffəq olub.
Bu barədə Denmedia.az-a təhsil müəssisəsindən məlumat verilib.
Cari tədris ili üzrə keçirilən bu rəsmi imtahanda əldə etdiyi yüksək göstərici ilə Qüdrət Əzimov təhsil aldığı məktəbin şagirdləri arasında bal üzrə 1-ci yerə yüksələrək böyük uğura imza atıb.
Şəhid generalımızın adını daşıyan məktəbin yetirməsi olan gənc istedadın bu nailiyyəti onun illərdir sərf etdiyi əməyin, dərin zəkasının və müəllim kollektivinin peşəkar dəstəyinin bariz nümunəsidir. Buraxılış imtahanında qazanılan bu parlaq qələbə şagirdin gələcək ali təhsil pilləsinə keçidində mühüm baza rolunu oynamaqla yanaşı, məktəbin ümumi təhsil göstəricilərinə də dəyərli töhfə verib.
Məktəb rəhbərliyi, pedaqoji heyət və valideynlər Qüdrətin bu nəticəsini böyük qürur hissi ilə qarşılayaraq onun həm intellektual hazırlığı, həm də nümunəvi şagird xarakteri ilə həmyaşıdları arasında seçildiyini vurğulayıblar. Biz də Qüdrət Əzimovu rəsmi buraxılış imtahanında qazandığı bu möhtəşəm birincilik münasibətilə ürəkdən təbrik edir, ona gələcək tələbəlik həyatında və elmi fəaliyyətində daha böyük zirvələri fəth etməyi arzulayırıq.

