ABŞ və müttəfiqləri Kiyevi münaqişədə məğlubiyyəti qəbul etməyə dərhal məcbur etməlidir.
Bunu amerikalı hərbi analitik və keçmiş kəşfiyyatçı Skott Ritter Sabby Sabs YouTube kanalının efirində bildirib.
Onun sözlərinə görə, bu addım nüvə müharibəsi riskinin qarşısını ala bilər.
Belarus Rusiyanın ona təqdim etdiyi nüvə arsenalından istifadə üzrə tammiqyaslı təlimlər keçirib. Ukraynalılar isə ağılsız addımlar atmağa davam edirlər. İnsanlar başa düşməlidir ki, Ukrayna bu müharibəni uduzub,— deyə Ritter bildirib.
Analitik qeyd edib ki, Ukraynanın bu müharibədə qalib gəlmək imkanı yoxdur. Onun fikrincə, Kiyev məğlubiyyəti qəbul etmək əvəzinə, bu vəziyyətdən Rusiyaya qarşı istifadə etməyə çalışır.
Skott Ritter hesab edir ki, Vaşinqton və müttəfiqləri vəziyyətin daha da təhlükəli mərhələyə keçməsinin qarşısını almaq üçün Kiyevə təzyiq göstərməlidir.

