Polşa parlamentinə dilənçiliyin leqallaşdırılmasına imkan yarada biləcək qanun layihəsi təqdim olunub. Təşəbbüs evsizlik problemləri ilə məşğul olan deputat qrupu tərəfindən irəli sürülüb. Qrupa həm hakim koalisiyanın, həm də müxalifətin nümayəndələri daxildir.
Hazırkı qaydalara əsasən, yaşayış üçün vəsaiti olan və ya işləmək qabiliyyətinə malik şəxslər ictimai yerlərdə dilənçilik etdiklərinə görə cərimə, azadlığın məhdudlaşdırılması və ya xəbərdarlıq cəzası ala bilərlər.
Təklif olunan sənəd isə dilənçiliyin cəzalandırılan əməllər siyahısından çıxarılmasını nəzərdə tutur. Bununla belə, “israrlı” və “dələduzluq xarakterli” dilənçilik, eləcə də uşaqlardan sədəqə toplamaq üçün istifadə edilməsi qadağan olaraq qalacaq.

