ABŞ-ın Texas ştatında iki il davam edən qəyyumluq mübahisəsində məğlub olan qadın məhkəmə qərarından cəmi bir neçə saat sonra 4 yaşlı qızını güllələyərək öldürüb, daha sonra eyni silahla intihar edib.
Hadisə Hyuston şəhərində baş verib.
Məlumata görə, məhkəmə 4 yaşlı qızın qəyyumluq hüququnu atasına verib, anasına isə övladı ilə yalnız nəzarət altında görüşməyə icazə verib.
Qərardan bir neçə saat sonra 35 yaşlı Cibelle Savella azyaşlı qızına odlu silahdan atəş açaraq onu öldürüb.
Qadın daha sonra həmin silahla özünü vuraraq həyatına son qoyub.



