BMT baş katibinin terrorizmlə mübarizə üzrə müavini vəzifəsini icra edən Aleksandr Zuev bildirib ki, terrorçular gəncləri elektron oyunlar vasitəsilə cəlb etməyə başlayıblar.
Bu barədə o, TASS-a müsahibəsində danışıb.
Zuevin sözlərinə görə, terrorçular əvvəl daha çox avtomobillərin partladılması və ya binalara hücum kimi əməliyyatlar həyata keçirən ayrı-ayrı qruplara fokuslanırdılarsa, indi diqqətlərini kiberməkana yönəldiblər.
O qeyd edib ki, BMT Cənub-Şərqi Asiya üçün gənclərin radikallaşmasının qarşısını almağa yönəlmiş effektiv proqramlar hazırlayıb.
“Terrorçular gəncləri radikallaşdırmaq üçün çox vaxt elektron oyunlardan istifadə edirlər”, — deyə Aleksandr Zuev bildirib.

