İran Prezidenti Məsud Pezeşkian ölkə rəhbərliyinin ali rəhbər Müctəba Xamenei ilə əlaqələrinin gücləndiyini bildirib.
Bu barədə “The Guardian” yazıb.
Pezeşkianın sözlərinə görə, hazırda bütün qərarlar ali rəhbərin göstərişlərinə uyğun qəbul edilir.
“Əlaqələrin yaxşılaşması və sevimli rəhbərimizə çıxış imkanlarının genişlənməsi sayəsində bütün fəaliyyətlər onun göstərişlərinə uyğun təşkil olunur”, — deyə İran prezidenti bildirib.
Bundan əlavə, iyulun 18-də Pezeşkianın sentyabrda Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək BRİKS sammitində iştirak edəcəyi açıqlanıb.
BRİKS-in 18-ci sammiti 12–13 sentyabr 2026-cı il tarixlərində Yeni Dehlidə keçiriləcək. Bu il təşkilata Hindistan sədrlik edir.
Sammitin əsas mövzusu “Dayanıqlılığın, innovasiyanın, əməkdaşlığın və davamlı inkişafın gücləndirilməsi” olacaq.

