Beynəlxalq qrossmeyster Yudit Polqar Macarıstanın baş naziri Peter Magyarın ölkə prezidentliyinə namizəd olmaq təklifini rədd edib.
Polqar bu barədə sosial şəbəkədə məlumat verib və ona dövlət başçısı vəzifəsi uğrunda mübarizə aparmağı təklif edən siyasətçiyə təşəkkür edib.
“Parçalanmış xalqı birləşdirmək kimi tarixi məsuliyyəti üzərimə götürmək üçün özümdə kifayət qədər güc hiss etmirəm”, – şahmatçı yazıb.
Macarıstan prezidenti vəzifəsini yaxın vaxtlara qədər Tomaş Şuyok tutub. Onun səlahiyyət müddəti əvvəlcə 2029-cu ilin martına qədər nəzərdə tutulsa da, Magyar seçkilərdə qalib gəldikdən sonra onu istefaya çağırıb.
Şuyok iyulun 18-də müvafiq düzəlişi imzalayaraq vəzifəsindən ayrılıb.
Yudit Polqar şahmat tarixinin ən güclü qadın oyunçusu hesab olunur. O, 26 il ərzində qadınlar arasında dünya reytinqinə başçılıq edib və Beynəlxalq Şahmat Federasiyasının ümumi reytinqində ilk onluğa daxil olan yeganə qadın olub.

